• Bakı 22° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

“815” Çağrı Mərkəzinə 50 minə yaxın müraciət daxil olub
CƏMİYYƏT
19 Iyun 2025 | 13:20

“815” Çağrı Mərkəzinə 50 minə yaxın müraciət daxil olub

TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabrından fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Bakıvaxtı.az xəbər verir ki, Çağrı Mərkəzinə 2025-ci il ərzində 50 minə yaxın müraciət daxil olub.

Bu müraciətlərdən 48 mini yerində cavablandırılıb, 2 min müraciət isə Çağrı Xidməti tərəfindən araşdırılması üçün qəbul edilib. Müraciətlər, əsasən, kadr potensialı, əlilliklə bağlı məsələlər, tibbi xidmətin təşkili ilə bağlı olub.

“815” Çağrı Xidməti olaraq daim innovasiyalar izlənilir və xidmətlər həmin yeniliklərə uyğunlaşdırılır. Hazırda təkrar daxil olan müraciətlərin robot tərəfindən cavablandırılması istiqamətində iş aparılır.  


SON XƏBƏRLƏR