• Bakı 21° C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi
DÜNYA
22 Iyun 2025 | 13:48

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

Hazırda Azərbaycanın İranla sərhədində radiasiya fonunda heç bir dəyişiklik yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu azərbaycanlı ekoloq, “Environmental Protection First” koalisiyasının həmtəsisçisi Amin Məmmədov “RİA Novosti”yə açıqlamasında deyib.

“Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi laboratoriyalarının əməkdaşları müasir avadanlıqlardan istifadə etməklə respublikanın İranla sərhədlərində radiasiya fonunun səviyyəsini müəyyən edirlər. Bu gün səhər saatlarından etibarən monitorinqlər gücləndirilib. Hazırda Azərbaycanın İranla bütün sərhədində radiasiya fonunda heç bir dəyişiklik yoxdur”, - Məmmədov bildirib.

Qeyd edək ki, bu gün ABŞ-ın Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.


SON XƏBƏRLƏR

21 Iyun 2025