ABŞ gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı və daşınması əməliyyatlarının Amerika sanksiyalarından çıxarılmasını daha 30 gün uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent X hesabında paylaşım edib.
"Bu qərar xam neftin fiziki bazarını sabitləşdirməyə kömək edəcək və onun enerji baxımından ən həssas ölkələrə daxil olmasını təmin edəcək”, - nazir qeyd edib.
Qeyd edək ki, ABŞ Rusiya neftinə sanksiyaları 13 martda bir aylıq ləğv etmiş, daha sonra isə daha bir ay uzatmışdı.
Bakı 












