• Bakı 28° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Ağ Evin təmirinə 900 milyon dollar xərclənə bilər
DÜNYA
12 Avqust 2026 | 19:22

Ağ Evin təmirinə 900 milyon dollar xərclənə bilər

Tramp administrasiyası Ağ Ev ərazisindəki tikinti layihələrinə ən azı 900 milyon dollar xərcləməyi planlaşdırır və xərclərin əsas hissəsi vergi ödəyicilərinin üzərinə düşür.

Bakıvaxtı.az Unikal-a istinadla xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti yazıb.

Qəzetin məlumatına görə, planlaşdırılan işlərin ümumi dəyəri ən azı 927 milyon dollar olacaq. Layihələrə Ağ Evin Şərq Qanadında bal zalının, vertolyot meydançasının və yeni ziyarətçi təhlükəsizlik mərkəzinin tikintisi, eləcə də Lafayette Meydanının modernləşdirilməsi daxildir.

Nəşrin məlumatına görə, administrasiya Konqresdən birbaşa maliyyələşdirmə tələb etməyib, əksinə onu digər departamentlərin vəsaitlərindən və özəl ianələrdən formalaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR