Almaniyanın Fridrixştad şəhərinin mərkəzi meydanında 74 yaşlı sürücü avtomobili bir qrup insanın üzərinə sürüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində ikisi ağır olmaqla beş nəfər xəsarət alıb. Sürücü özü də xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.
Polisin məlumatında hadisənin sürücünün avtomobili park yerindən çıxararkən idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilib.
Sürücünün müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilir. Hazırda hadisənin səbəbləri araşdırılır.