"Avropa etirazları tam dəstəkləyir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrandakı nümayişlər və iğtişaşlarla bağlı açıqlamasında qeyd edib.
"Tehran küçələrində və dünyanın müxtəlif şəhərlərində iranlı qadın və kişilərin azadlıq tələb edən səsləri eşidilir. Danışmaq, toplaşmaq, səyahət etmək və hər şeydən əvvəl azad yaşamaq azadlığı. Avropa onları tam dəstəkləyir. Biz bu qanuni nümayişlərin repressiyasını qeyd-şərtsiz pisləyirik", - o bildirib.
Avropa Komissiyasının rəhbəri "X" sosial şəbəkəsində yazıb: "Məsuliyyət daşıyanlar tarixin səhv tərəfində olan insanlar kimi xatırlanacaqlar. Biz həbs olunan bütün etirazçıların dərhal azadlığa buraxılmasına çağırırıq. İnternetə tam çıxışın bərpasına çağırırıq. Və nəhayət, fundamental hüquqlara hörmətlə yanaşmağa çağırırıq".
Bakı 












