"Qazaxıstanla oyun çətin oldu. Bu gün ortaya qoyulan xarakter göstərdi ki, Azərbaycanda yaxşı futbolçular var".
Bakıvaxtı.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.
"İstər UEFA İnkişaf Turnirində, istərsə də, son matçlarda bunu sübut etmişik. Sadəcə, düzgün istiqamət götürmək, bu uşaqlara güvənmək lazımdır. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Bu kollektivlə martdan bir yerə yığılırıq. Bu, artıq üçüncü toplanışımızdır. Rəsmi oyunlar öncəsi daha bir təlim-məşq toplanışımız olacaq. Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya ilə eyni qrupda çıxış edəcəyik. Rəqiblər güclü olsa da, komandamıza inanırıq”, - deyə A.Nəbiyev bildirib.