• Bakı 11° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Badamdar yamacında sürüşmə təhlükəsi: Yollar bağlandı - VİDEO
CƏMİYYƏT
05 Aprel 2026 | 08:48

Badamdar yamacında sürüşmə təhlükəsi: Yollar bağlandı - VİDEO

Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda yamacın yuxarı hissəsində sürüşmənin aktivləşdiyi bildirilir.

Təhlükə ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Badamdar-20-ci Sahə yolunda nəqliyyatın hərəkəti dayandırılıb, yol bağlanıb.

Məsul şəxslər hazırda ərazidədir. Polis ərazini nəzarətə götürüb.

Qeyd edək ki, Badamdar-20-ci Sahə yolunda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir.


SON XƏBƏRLƏR

04 Aprel 2026