• Bakı 24° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Bakı-Qazax qatarının bileti niyə belə bahadır? - VİDEO
CƏMİYYƏT
19 Iyun 2025 | 12:12

Bakı-Qazax qatarının bileti niyə belə bahadır? - VİDEO

Bakı-Qazax qatarının bilet qiymətlərinin 147-150 manat olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb.

Bildirilib ki, qiymətlərin bu qədər baha olması sərnişinlərin narazılığına səbəb olub.

Onların sözlərinə görə, bu qiymətə təyyarə ilə daha uzaq yerə getmək mümkündür: “Ayın 20-si üçün bilet almaq istəyirdik, amma bilet çox bahadır. Qiymətlər “od tutub yanır”. Bu qiymətə Qazaxdan daha uzaq qonşu ölkələrə təyyarə bileti tapmaq mümkündür”.

Sərnişinlər, həmçinin bildirib ki, həmin məbləğ taksi qiymətlərindən də yüksəkdir: “Qatarın birinci sinifində bir biletin qiyməti 150 manatdır. Ünvandan götürüb lazımi yerə çatdıran sifarişli taksi isə 90 AZN-dir. Necə olur ki, taksi bu qədər yola müəyyən məbləğlə benzin yandıraraq gedir, ancaq qatar yox?”

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından (ADY) isə qeyd edilib ki, sözügedən qiymətlər sərnişinlərə bəzi üstünlüklər təklif edir: “Birinci siniflə səyahət edən sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda bir saat müddətində Bakı-Gəncə və Qəbələ Dəmir Yolları vağzallarında yerləşən VİP zallarından istifadə edə bilər. Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. Əl yükü zalda yerləşdiyi halda ADY əməkdaşı sərnişinin əl yükünü qatara kimi müşayiət edir. VİP zalda sərnişinə bir sıra ödənişsiz xidmətlər göstərilir. Limitsiz çay, su, qəhvə, Wi-Fi-dan istifadə və ən sonda sərnişinin qarşılanması, Bakı Dəmir Yolu Vağzalında iki saatlıq ödənişsiz avtoparkinq bunlara daxildir. Birinci siniflə səyahət edən sərnişinlərə, həmçinin ödənişsiz yemək təklif olunur”.

Daha ətraflı videomaterialda: 


SON XƏBƏRLƏR