“Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin “Barselona”ya keçid məsələsi gündəmdən düşüb.
Baklvaxtı.az xəbər verir ki, İspaniyanın “Sport” nəşrinin məlumatına görə, Kataloniya təmsilçisi argentinalı futbolçunun transferindən bir neçə səbəbə görə imtina edib.
İmtinaya əsas səbəb olaraq maliyyə məsələsi göstərilir. Belə ki, “Atletiko”nun 25 yaşlı forvardı 200 milyon avrodan aşağı qiymətə satmaq niyyətində olmadığı, futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğinin isə 500 milyon avro olduğu bildirilir. "Barselona" isə öz növbəsində bu vəsaiti ödəməyi planlaşdırmır.
Bundan başqa, klub rəhbərliyinin Alvaresin son üz-üzə oyundakı performansından təsirlənmədiyi qeyd olunur. "Barselona"nın Robert Levandovskini əvəzləmək üçün daha məhsuldar və çalışqan hücumçu axtarışında olduğu vurğulanır.
Məlumata görə, "Barselona" Levandovskinin yerinə alternativ namizədləri araşdırmağa davam edəcək
Bakı 











