• Bakı 20° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Bəşər Əsədin əmisi oğlu saxlanıldı
DÜNYA
21 Iyun 2025 | 14:50

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyanın yeni hakimiyyəti ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi oğlunu saxlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Bildirilib ki, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər hüquq pozuntularında ittiham olunur.

"Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik tacirlərdən biri hesab olunur və əvvəlki hakimiyyətin cinayətlərində iştirak edib", - bəyanatda bildirilib.

SANA agentliyinin mənbələri isə bildirirlər ki, o Livanla sərhədə yaxın ərazidə saxlanılıb.


SON XƏBƏRLƏR