• Bakı 23° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Binə qəsəbəsində açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB
HADİSƏ
20 Iyun 2025 | 16:00

Binə qəsəbəsində açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

    Əlavə məlumat veriləcək.

    ***

    14:56

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

    Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

    Xəbərə görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

      Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

      ***

      14:33

      Paytaxtın Binə qəsəbəsi yaxınlığında yaşayış olmayan sahədə yanğın baş verib.

      Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ərazidən ətrafa güclü tüstü yayılmağa başlayıb.

      FHN-dən bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində məişət tullantılarının toplandığı ərazidə yanğın başlaması barədə 112 qaynar xəttinə məlumat daxil olub.

      Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.


      SON XƏBƏRLƏR