• Bakı 25° C

    13.59 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

BMT Rusiya - Azərbaycan gərginliyindən xəbərdardır - Düjarrik
DÜNYA
01 Iyul 2025 | 21:34

BMT Rusiya - Azərbaycan gərginliyindən xəbərdardır - Düjarrik

BMT Azərbaycan və Rusiya arasındakı gərginlikdən tam xəbərdardır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

Hadisə ilə bağlı BMT-nin hələlik niyə heç bir rəsmi qınama və Rusiya tərəfindən açıqlama tələb etməməsi ilə bağlı suala cavab olaraq sözçü baş verənlərdən xəbərdar olduğunu deyib:

“Azərbaycan ilə Rusiya Federasiyası arasında, xüsusilə sizin istinad etdiyiniz hadisə də daxil olmaqla, bir sıra insidentlər səbəbindən yaranmış gərginliklərdən tam xəbərdarıq. Hər iki ölkədə baş verən insidentləri yaxından izləyirik. Ümid edirik ki, bu məsələlərin hamısı diplomatik kanallar vasitəsilə həll olunacaq”.

O, hadisənin təfərrüatları və BMT-nin bu məsələ ilə bağlı Rusiyaya rəsmi müraciət edib-etmədiyi barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən iki azərbaycanlı mülki şəxs Ziyəddin və Hüseyn Səfərovun işgəncə ilə öldürüldüyü bildirilir. Onlar tanınmış azərbaycanlı jurnalist Seyfəddin Hüseynlinin qardaşları idi. Həmin gün bir neçə nəfər ağır xəsarət alıb, doqquz nəfər isə saxlanılıb.


SON XƏBƏRLƏR

01 Iyul 2025