• Bakı 17° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Bu ölkədə prezident seçkilərindən sonra komendant saatı elan edildi
DÜNYA
21 Sentyabr 2024 | 23:26

Bu ölkədə prezident seçkilərindən sonra komendant saatı elan edildi

Prezident seçkiləri üçün səsvermənin yekunlaşdığı Şri-Lankada polis yerli vaxtla səhər saat 06:00-a qədər komendant saatı elan edib.

Bakıvaxtı.az xəbər verir ki, qərargahı Şri-Lankanın paytaxtı Kolomboda yerləşən “Newswire” saytının xəbərinə görə, seçici sayının 17 milyonu keçdiyi ölkədə səsvermə prosesi insidentsiz başa çatıb.

Əhalinin təhlükəsizliyi üçün polis bu axşam saat 22:00-dan sabah səhər saat 06:00-a qədər komendant saatı elan edib.

Ada ölkəsində səslərin sayılması davam edərkən, yekun nəticələrin sabah açıqlanması gözlənilir.

Seçkilər 2022-ci ildə baş verən ağır iqtisadi böhrandan sonra ilk prezident seçkiləri idi. Ölkənin iflas elan etməsinə səbəb olan iqtisadi böhran hökumətin devrilməsinə səbəb olub. 


SON XƏBƏRLƏR

21 Sentyabr 2024