• Bakı 24° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Bu yolun sağ zolağı ilə hərəkət təhlükəlidir, solla getdikdə isə... - VİDEO
CƏMİYYƏT
11 Iyun 2025 | 08:41

Bu yolun sağ zolağı ilə hərəkət təhlükəlidir, solla getdikdə isə... - VİDEO

Respublika əhəmiyyətli avtomagistralın sağ zolağı ilə hərəkət olduqca təhlükəlidir, solla getdikdə isə cərimə yazılır.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsi bir müddətdir ki, yararsız hala düşüb. Yolun əsasən Nəvahi, Pirsaat və Atbulaq kəndləri ərazisindən keçən hissəsində sağ zolaqla hərəkət etmək mümkünsüzdür.

Sürücülər deyirlər ki, yol infrastrukturunda yaranmış nasazlığa görə qəza riski də çoxdur.

Bəs respublikanın əsas magistralından biri olan bu yolun dağılmış asfaltı nə vaxt təmir ediləcək?

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, həmin ərazinin təmirinə ehtiyac var və bunun üçün təkliflər hazırlanıb.

Magistralın digər hissələrində isə əsaslı təmir işləri aparılması zərurəti yoxdur.

Mövzu ilə bağlı xezerxeber-in videomaterialını təqdim edirik.


SON XƏBƏRLƏR