• Bakı 24° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Ağdaşda FACİƏ: usta işlədiyi binadan yıxılaraq ÖLDÜ - YENİLƏNİB
HADİSƏ
12 Iyun 2025 | 17:49

Ağdaşda FACİƏ: usta işlədiyi binadan yıxılaraq ÖLDÜ - YENİLƏNİB

Ağdaşda işlədiyi binadan yıxılaraq ölən fəhlənin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, iyunun 12-də saat 09:40 radələrində 1 nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

1966-cı il təvəllüdlü şəxsə sağ saidin yuxarı üçdə birinin açıq yerdəyişən sınığı, döş qəfəsinin çoxsaylı sınıqları, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.

Vəziyyəti ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.

***

17:05

Ağdaşda usta işlədiyi binadan yıxılaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki,hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki,1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon mədəniyyət evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb.

Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.


SON XƏBƏRLƏR