Rusiyanın “Soçi” klubunda qəribə hadisə yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlum olub ki, komandanın sabiq baş məşqçisi Robert Moreno iş prosesini demək olar ki, tamamilə “ChatGPT”yə həvalə edib. İspan mütəxəssis motivasiya çıxışlarından tutmuş məşq proqramlarına və heyət seçiminə qədər hər şeyi süni intellektin köməyi ilə hazırlayıb.
Morenonun tətbiq etdiyi bəzi metodlar isə futbolçular tərəfindən təəccüblə qarşılanıb. Süni intellektin məsləhəti ilə oyunçulara matçdan 28 saat əvvəl yatmamaq və ya səhər saat 05:00-da oyanmaq kimi qeyri-adi tapşırıqlar verilib. Həmçinin, alqoritmin mütləq əsas heyətdə oynamalı olduğunu dediyi hücumçu çıxdığı 10 oyunda heç bir qol vura bilməyib.
Süni intellektə həddindən artıq güvənmək isə kluba baha başa gəlib. 2025-ci ilin payızında keçirdiyi 7 oyunda cəmi 1 xal toplayan “Soçi”də baş məşqçi vəzifəsindən kənarlaşdırılıb. Lakin bu dəyişiklik də komandanı xilas etməyib və mövsümün sonunda klub aşağı liqaya düşüb.
Bakı 












