• Bakı 23° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Dağıstanın dövlət katibi saxlanılıb - YENİLƏNİB
DÜNYA
25 Iyun 2025 | 14:25

Dağıstanın dövlət katibi saxlanılıb - YENİLƏNİB

Qanunsuz özəlləşdirmə ilə bağlı cinayət işinin araşdırılması çərçivəsində güc strukturları Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovu, həmçinin onun bir çox qohumlarını və iş yoldaşlarını saxlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya nəşri "Kommersant" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

"Cinayət işi qanunsuz özəlləşdirmə ilə bağlı açılıb. Müəssisə (dövlət mülkiyyətinə - red.) qaytarılacaq", - mənbə qeyd edib.

***

12:10

Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.

Bakıvaxtı.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

***

11:14

Dağıstan başçısının və hökumətinin administrasiya binasında axtarışlar aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, axtarışlar Dağıstan dövlət katibi Maqomed-Sultan Maqomedovun kabinetində aparılır.

Regionun güc strukturlarındakı digər mənbə qeyd edib ki, axtarışlar Maqomedova qarşı açılmış cinayət işi çərçivəsində bir neçə ünvanda aparılır.


SON XƏBƏRLƏR