• Bakı 10° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Lalə Məmmədova ilə bağlı VACİB XƏBƏR
ŞOU
22 Mart 2026 | 10:51

Lalə Məmmədova ilə bağlı VACİB XƏBƏR

"Bizi ana-atamız dünyaya gətirir. 17-18 yaşından sonra biz özümüz qurub yaratmalıyıq. İki qız övladım var. Böyük qızım ikinci kursda təhsil alır. İki ay tətildə belə özünə iş tapıb işləyir. Deyir ki, istəmirəm kimsə bilsin ki, sənin qızınam. Düzdür, mən də meqastar deyiləm. Mən qızımı alqışlayıram. 18 yaşından bilir ki, ayaqüstə olmaq üçün nələr etməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Qonaqcanlı" verilişində deyib. İfaçı valideynləri oğulları olan valideynlərə səslənib:

"İstəyirəm ki, tək qadınlar yox, kişilər də bu zəhmətə öyrəşsinlər. Biz xanımlar böyütdüyümüz oğulları çox nazlayırıq, olmaz. Qızımız evdə səhər duranda yerini yığmasa, gözünü deşirik ki, niyə yığmamısan, stəkan niyə buradadır? Amma oğula yox, "mən yığaram, edərəm" deyirik. Amma elə deyil. Bu gün oğulu da əsgər kimi böyütmək lazımdır.

Hətta ev bölgüsündə belə deyirlər ki, "qız ərə gedəcək, ev oğlana qalsın". Əslində isə oğlan işləyib evi qazanmalıdır. İstəmirəm qadınlarımız əziyyət çəksinlər. Həyatdır, sabah başlarına bir iş gəlsə, qadınlarımız ayaqüstə durmağı bacarsınlar. Ona görə də qadınların qarşısına çıxan kişilər də onlar qədər əziyyət çəkib, həyatda nəyəsə nail olmalıdırlar". /Axşam.az


SON XƏBƏRLƏR

04 Aprel 2026