• Bakı 24° C

    18.61 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Dünya Kuboku: Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
İDMAN
05 Iyul 2025 | 16:18

Dünya Kuboku: Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub

Azərbaycanın daha bir boksçusu Məhəmmədəli Qasımzadə (60 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokununun yarımfinal mərhələsində məğlub olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, bu raundda braziliyalı Luis Qabriel du Nasimentoya uduzduğu üçün bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Sübhan Mamedov (50 kq) da yarımfinalda uduzaraq bürünc mükafat əldə edib. 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.


SON XƏBƏRLƏR