• Bakı 21° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Eldar Mahmudovun sağ əli vəfat etdi
SİYASƏT
01 Iyun 2026 | 14:54

Eldar Mahmudovun "sağ əli" vəfat etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, general-mayor 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-nin rəisi Eldar Mahmudovun sağ əli kimi tanınıb. 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.

Mərhum bu gün torpağa tapşırılacaq.


SON XƏBƏRLƏR