• Bakı 19° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Ərdoğan dünyaya çağırış etdi: Vaxt çatdı!
DÜNYA
21 Sentyabr 2024 | 22:18

Ərdoğan dünyaya çağırış etdi: Vaxt çatdı!

Bu həftə Livana baş verən hücumlar İsrail hökumətinin müharibəni bütün regiona yaymaq planlarını göstərdi.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, İsrailin Qəzza zolağındakı müharibəsi çərşənbə axşamı BMT Baş Assambleyasında çıxışının əsas mövzusu olacaq:

"Bölgəmizin böyük bir fəlakətə sürüklənməsinin qarşısını almaq üçün İsrailə təzyiq daha da artırılmalıdır".

Ərdoğan vurğulayıb ki, dünya sülhünü müdafiə etməyə çalışan bütün ölkələrin İsraili dayandıracaq həll yolları tapmaq vaxtı çatıb:
"Bir ilə yaxındır davam edən bu zülmə son qoymaq, daimi atəşkəs yaratmaq və humanitar yardımların maneəsiz axınını təmin etmək üçün hamımızın, bütün dünya və xüsusilə BMT-nin üzərinə mühüm məsuliyyət düşür".


SON XƏBƏRLƏR

21 Sentyabr 2024