• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Ərdoğandan Kahramanmaraşda duyğulandıran çıxış: “Sizdəki yaranın özü bizdədir”
SİYASƏT
19 Iyun 2025 | 16:57

Ərdoğandan Kahramanmaraşda duyğulandıran çıxış: “Sizdəki yaranın özü bizdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda keçirilən tədbirdə qardaş Azərbaycanla bağlı duyğulandıran çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu şeiri Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı səsləndirib.

Prezident zəlzələdən sonra Azərbaycanın bölgədə həyata keçirdiyi bərpa layihələrinə təşəkkürünü bildirərək, Azərbaycan xalqının dərdinə şərik olduqlarını poetik şəkildə ifadə edib:

“Baxtına ağlayan azəri qızı
Sən Qarabağ deyirsən, mən qarayazı
Boşluqda çırpınır Türkün avazı
Sanma ki, dərdlərin azı bizdədir
Sizdəki yaranın özü bizdədir”.

Ərdoğanın bu misraları tədbirdə iştirak edənləri duyğulandırıb, zaldan alqışlar səslənib. Prezident bildirib ki, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq təkcə siyasi və iqtisadi deyil, həm də ürəkdən gələn, dərdləri bir edən mənəvi bağlardır.

Əli Hüseynov


SON XƏBƏRLƏR