• Bakı C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Ermənistanda da kəskin respirator infeksiya - 651 nəfər...
DÜNYA
09 Yanvar 2025 | 10:56

Ermənistanda da kəskin respirator infeksiya - 651 nəfər...

Yanvarın 7-nə olan məlumata görə, Ermənistanda 651 vətəndaş kəskin respirator infeksiya ilə xəstəxanaya yerləşdirilib ki, onların da 94 faizi 0-18 yaş arası uşaqlardır.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bunu yerli mediaya müsahibəsində Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin epidemioloqu Yevgeniya Xaçatryan deyib.

“Ermənistan kəskin respirator infeksiyaların aktiv yayılması mərhələsindədir. Bu, 2024-cü ilin 40-cı həftəsində başladı, indi biz 2025-ci ilin ilk həftəsindəyik və virusun aktiv yayılması mərhələsindəyik”, - o deyib.

Məlumata görə, hazırda Ermənistanda digər tənəffüs yoluxucu infeksiyalar arasında H1 tipli qrip, rinovirus və koronavirus xəstəliyinin patogenləri dövr edir.

Hazırda Ermənistanda Koksaki virusuna yoluxma halı qeydə alınmayıb. Bu, hərarətin yüksəlməsi, mərkəzi sinir sistemi, ürək-damar, mədə-bağırsaq, əzələ, tənəffüs və digər sistemlərdən çoxşaxəli klinik simptomlarla xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir.

Mütəxəssisin tövsiyəsi şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumaq, öskürək və asqırarkən, xüsusən də körpələrə qulluq edərkən burunu və ağızı  bağlamaq, meyvə-tərəvəzləri axar su ilə yumaq, təzə yeməkdir.

“Xəstə olsanız, evdə qalın, öz-özünə dərman verməyin və vaxtında həkimə müraciət edin”, - Xaçatryan tövsiyə verib.

Metapnevmovirusa gəlincə, laboratoriya testləri onu aşkar etməyib.

 


SON XƏBƏRLƏR