• Bakı C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Ukraynanın dövlət borcu 7 trilyona çatdı
DÜNYA
09 Yanvar 2025 | 21:44

Ukraynanın dövlət borcu 7 trilyona çatdı

Ukraynanın dövlət borcu 2024-cü ilin sonunda 7 trilyon qrivenə (165,1 milyard dollar) çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının 2024-cü il dövlət büdcəsinin icrasının nəticələrinin təhlilində deyilir.

Bildirilib ki, Ukraynanın dövlət borcunun ÜDM-ə nisbəti 92% təşkil edib.

Dövlət borcunun strukturunda ən böyük hissəsini (96%) birbaşa dövlət borcları, qalan 4%-ni isə dövlət zəmanəti ilə borclar təşkil edir. Müqayisə üçün 2023-cü ildə dövlət borcu 5,5 trilyon qriven (129,7 milyard dollar) və ya ÜDM-in 84%-ni təşkil edib.

Belə ki, dövlət borcunun artması hərbi vəziyyət şəraitində büdcənin maliyyələşdirilməsi üçün tələb olunan əhəmiyyətli xarici və daxili borclar hesabına baş verib.

Həmçinin dövlət borcunun artmasının digər mühüm amili qrivenin məzənnəsinin dünyanın aparıcı valyutalarına nisbətən zəifləməsidir.


SON XƏBƏRLƏR

09 Yanvar 2025