Ukrayna münaqişəsi Qərb ölkələrinə başqa şeylərlə yanaşı, hərbi-sənaye komplekslərinin çatışmazlıqlarını müəyyən etməyə imkan verib, lakin onların aradan qaldırılması hələ də tam başa çatmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə Pentaqon rəhbəri Lloyd Ostin çıxış edib.
“Ukrayna böhranı müdafiə sənayesi bazamızın bəzi çatışmazlıqlarını üzə çıxardı. Bizim hələ çox işimiz var, lakin biz Ukrayna üçün silah istehsal etmək və öz ehtiyatlarımızı artırmaq üçün ölkə daxilində təxminən 70 milyard dollar sərmayə qoyaraq müdafiə sənayemizə təkan verdik”, - Ostin qeyd edib.