• Bakı C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

İQTİSADİYYAT

10 Yanvar 2025 | 09:48

BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Hesabata əsasən, 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım 4,6% təşkil edib. 2025 və 2026-cı illər üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 3% səviyyəsində proqnozlaşdırılıb.

    Başqa sözlə, 2024-cü il üzrə iqtisadi artım BMT-nin əvvəlki proqnozu 2% bəndi üstələyib. Həmçinin, BMT 2025-ci il üzrə iqtisadi artım proqnozunu 0,2% bəndi artırıb.

      Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib.


      SON XƏBƏRLƏR