• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanda əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr artıb

İQTİSADİYYAT

08 Fevral 2025 | 17:06 | Müəllif: Gülşən Şərif

Azərbaycanda əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr artıb

Ötən il Azərbaycanda 50,6 milyard kubmetr təbii qaz istehsal edilib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, təbii qaz istehsalı əvvəlki illə müqayisədə 2,1 milyard kubmetr və ya 4,3% artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal edilən təbii qazın həcmi 48,5 milyard kubmetr olub.

Ötən il istehsal olunan qazdan 38,7 milyard kubmetri əmtəəlik qaz olub. Bu göstərici əvvəlki illə müqayisədə 2,3 milyard kubmetr, yaxud da 6,2% çoxdur. 2023-cü ildə istehsal edilən əmtəəlik qazın həcmi 36,4 milyard kubmetr təşkil edib.

Qeyd edək ki, əmtəəlik - əvvəlcə kommersiya məqsədi daşımayan bir məhsulun bazar qaydalarına uyğun olaraq mal və ya xidmətə çevrilməsi prosesidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026