Bakı şəhərində baş verə biləcək qəza şəraitinin qarşısı alınıb.
Bakıvaxtı.az bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına istinadla xəbər verir.
Məlumata görə, NİİM tərəfindən paytaxtın iki rayonunda, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Ruslan Göyüşov küçəsinin və Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi ilə Yeni Ramana yolunun kəsişmələrində yeni svetoforlar quraşdırılıb.
Bildirilib ki, görülən işlər nəticəsində bu yollardan istifadə edən nəqliyyat vasitələrinin sərbəst hərəkəti və piyadaların təhlükəsizliyi təmin edilib.