• Bakı C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı artıb

CƏMİYYƏT

10 Yanvar 2025 | 11:10

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı artıb

Ölümündən sonra donor olmaq istəyən vətəndaşların sayı 2023-cü illə müqayisədə xeyli artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donoirluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, ölümündən sonra donor olmaq istəyənlərin ümumi sayı çox olmasa da, bu, cəmiyyətimizdə xeyirxahlığın artdığını göstərən müsbət bir addımdır: “Biz inanırıq ki, bu təşəbbüs getdikcə daha geniş yayılacaq və daha çox insan ehtiyacı olanlara kömək etmək üçün birləşəcək. Hər yeni donor müraciəti, başqa bir insan üçün yeni ümid və həyat deməkdir. Bir meyit donoru 8 insana həyat və ümid bəxş edə bilər, bu isə hər birimizi daha yaxşı bir gələcək üçün bir addım atmağa, orqan ianəsi etməyə sövq etməlidir”.

    Həmçinin qeyd edilib ki, sağlam orqanlar bir neçə insana yeni həyat bəxş edə bilər, buna görə də, hər kəs bu mövzuya həssas yanaşmalı və orqan ianəsi mövzusunda məlumatlı olmalıdır. Bu istiqamətdə, Mərkəz tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin nəticəsi olaraq, 2024-cü ildən etibarən bu say artıb.


    SON XƏBƏRLƏR