Qızılın bir troya unsiyası üçün qiyməti dekabrın 13-dən bəri ilk dəfə 2 700 ABŞ dollarını ötüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə birja məlumatlarında deyilir.
Nyu-Yorkun Comex birjasında qızılın bir troya unsiyası üçün fevral fyuçerslərinin qiyməti 9,39 ABŞ dolları və ya 0,35 % artaraq 2700,19 ABŞ dolları təşkil edib.
Gümüşün bir unsiyası üçün mart fyuçerslərinin qiyməti isə 0,48 % artaraq 31,165 ABŞ dollarına çatacaq.