Son günlər sosial şəbəkələrdə İlon Maskın robot tərəfindən təraş edildiyi iddia edilən videolar bərbərlərin reaksiyasına səbəb olub.
Bakıvaxtı.az-ın məlumatına görə, bərbərlər robot bərbərləri özlərinə rəqib olaraq görmürlər.
Onlar bildirirlər ki, bərbərlik hiss və insan əlaqələri tələb edir, robotlar isə bunu heç vaxt edə bilməz:
"Bərbərləri, gözəllik mərkəzlərini heç vaxt robotla müqayisə edə bilməzsiniz. İnsanların baş quruluşu, saç quruluşu və qulaq quruluşu təbiətcə fərqlidir. Hər saç kəsimi eyni deyil. Robotlarda insanlar tərəfindən yüklənən məlumatlar və proqramlar var. Bunları başa düşə bilmirlər",- deyə qeyd ediblər.
Bərbərlər iddia edirlər ki, onların heç vaxt görüşmədiyi müştərini tanıması 10 saniyə çəkir. Bərbər 10 saniyə ərzində həmin müştərinin psixologiyasını və emosional vəziyyətini anlayır daha sonra müştəri ilə söhbətə davam edirlər:
"Müştərinin niyə əsəbiləşdiyini və ya narahat olduğunu müxtəlif suallar verməklə müştərinin danışması, paylaşması və özünü daha yaxşı hiss etməsi mühit yaradırıq. Çünki bərbərlər təkcə saç və üzə qulluq etmir, həm də müştərilərini həm ruhi, həm də emosional cəhətdən rahatlaşdırırlar. Robotların isə bunları etmə ehtimalı yoxdur".
Nuriyyə Musayeva