• Bakı C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Tolerantlıq Azərbaycanın ixrac edə biləcəyi sərvətlərdən biridir

LAYİHƏ

10 Yanvar 2025 | 11:21

Tolerantlıq Azərbaycanın ixrac edə biləcəyi sərvətlərdən biridir

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycanda müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayır. Multikulturalizm bu gün dövlət siyasətinin bir parçasıdır.

Ölkəmizdə müxtəlif dinlərin ibadət yerlərinin olması, onların təmiri, inşası, İsa peyğəmbərin mövludu gününün bütün dünyada olduğu kimi, Azərbaycanda da xristian icması tərəfindən hər il təntənəli şəkildə qeyd olunması, dövlətin onlara qayğısı onu deməyə əsas verir ki, Azərbaycanda milli və dini tolerantlıq, multikultiralizm, millətlərarası münasibətlər inkişaf edir. Müxtəlif dinlərin nümayəndələrinin öz dinlərinə sitayiş etmələri, digər hüquqlarından istifadə edə bilmələri üçün dövlət büdcəsindən maliyyə ayrılır.

Ötən gün ölkəmizdə Milad bayramının Azərbaycanın müxtəlif bölgələrində qeyd olunması deyilənləri bir daha sübut edir.

Prezident İlham Əliyev hər il olduğu kimi bu il də Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Təbrik məktubunda bildirib ki, Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar və ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir”.

Cəmiyyətimizdə demokratik, hüquqidövlətçilikprinsipləri, mütərəqqidövlətdinmünasibətləribərqəraredilmişdir. Nümunəvimultikulturalizmməkanı kimitanınanAzərbaycandadilindən, dinindən, etnikmənsubiyyətindənasılı olmayaraq, hərkəseynihüquqvə azadlıqlaramalikdir. Xristianhəmvətənlərimizdə inanclarınauyğunayinvə mərasimlərisərbəst şəkildə həyatakeçirməklə özadətnənələrinilayiqincə yaşadır, vətəndaşlıqborcunuvicdanlayerinə yetirərək, Azərbaycanınictimai-siyasi, sosial-mədənihəyatındayaxındaniştirakedirlər”.

Qeyd edilib ki, nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir. Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentiMehriban xanım Əliyeva daAzərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə təbrik edib:

"Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!".

Həmçinin xatırladaq ki, prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edib.

Bütün bunlar göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələrinə qarşı dövlət qayğısı Azərbaycan tarixinin bütün dönəmlərində mövcud olub və ölkəmiz müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşadığı bir məkandır. Azərbaycanda insanlar hansı etnik mənsubiyyətə, hansı dinə, hansı baxışlara sahib olmalarından aslı olmayaraq rahat və azad şəkildə yaşaya bilir.

Ceyhun Məmmədov: Azərbaycan yeganə ölkələrdəndir ki, dövlət özü məscidlər, kilsələr, sinoqoqlar tikir və onları təmir edir

Azərbaycanda milli və dini tolerantlıq, multikultiralizm, millətlərarası münasibətlərlə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycanda tolerantlıq ən yüksək səviyyədədir, dini etiqad azadlığı var və dövlət bütün dinlərin, millətlərin Azərbaycanda yaşaması üçün bütün zəruri tədbirləri görülür.

Ölkəmizdə yaşayan bütün dinlərin və milli azlıqların nümayəndələrinin hüquqlarının konstitusiyada təsbit olunduğunu deyən deputat eyni zamanda vurğulayıb ki, dövlət onlara diqqət və qayğı göstərir. Hər il dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır.

Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan yeganə ölkələrdəndir ki, dövlət özü məscidlər, kilsələr, sinoqoqlar tikir və onları təmir edir. Həmsöhbətimiz qeyd edib ki, Bakının mərkəzində bir neçə sinoqoq və kilsənin inşası və təmiri bunu bir daha açıq şəkildə göstərir.

Milli Məclisin deputatı onu da söyləyib ki dövlət bu istiqamətdə önəmli layihələr həyata keçirir. Bu gün dövlət nəinki onların etiqad, dini azadlıqlarını təmin edir, eyni zamanda bunun üçün gərəkən şəraiti yaradır:

“Bu tarixi təcrübənin qədim kökləri var. Bu, həm də bizim dinimiz İslamdan qaynaqlanır. Azərbaycanlılar tarix boyu digər millətlərin, dinlərin nümayəndələri ilə birlikdə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu gün dövlət də bu münasibəti və əlaqəni daha da gücləndirir”.

Deputat qeyd edib ki, bu, bir reallıqdır ki, ölkəmidə səfərdə olan bütün dini liderlər, dünyanın ən böyük dini mərkəzlərinin rəhbərləri də Azərbaycandakı bu ənənəni ən yüksək səviyyədə dəyərləndirirlər.

“Azərbaycanın xaricə ixrac edə biləcəyi sərvətlərdən birinin də tolerantlıq olduğu qeyd olunur. Eyni zamanda bunu Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirləri də davamlı olaraq vurğulayırlar”, - deyə Ceyhun Məmmədov qeyd edib.

Müsahibimiz dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tolerantlıq və multikultiralizm mərkəzlərindən birinə çevrildiyini söyləyib.

Ölkəmizdə 2016-cı ilin “Multikultiralizm ili” elan olduğunu xatırladan millət vəkili onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti davamlı olaraq müxtəlif ibadət yerlərində olur, onların rəhbərləri ilə söhbət edir, müzakirələr aparır və öz dəstəyini ifadə edir:

“Bütün bunlar Azərbaycanın bu sahədə zəngin təcrübəsi və ölkə rəhbərinin diqqət və qayğısını göstərir. Atılan addımlar onu təsdiq edir ki, bu məsələyə həssas bir yanaşma var”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR