2026 il üçün Həcc kvotası tamamlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.
"Kvotanın tamamlanmasına baxmayaraq, müraciətlər davam edir. Amma yer bitib. Onlar yalnız gələn il müraciət edə bilərlər", - Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, 180 nəfərdən ibarət ilk zəvvar qrupunun uçuşu 17 may tarixində olacaq.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Bakı 












