• Bakı 27° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

İlham Əliyev: Elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı pozulmasın - VİDEO
SİYASƏT
12 Avqust 2026 | 20:41

İlham Əliyev: "Elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı pozulmasın" - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki, müsahibə zamanı dövlət başçısı həmin gün təməli qoyulan Naxçıvan Sənaye Parkı barədə geniş məlumat verib:

"Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır.

Eyni zamanda bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1.5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir", - deyə dövlət başçısı qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR