• Bakı 33° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

İmtahanlarda pozuntular aşkar edilərək hüquqi tədbirlər görülür - DİM
CƏMİYYƏT
30 Iyul 2025 | 10:03

İmtahanlarda pozuntular aşkar edilərək hüquqi tədbirlər görülür - DİM

“Dövlət İmtahan Mərkəzi imtahanların şəffaf keçirilməsi üçün tədbirlər görür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.

Onun sözlərinə görə, hər bir imtahandan sonra proses zamanı qaydaları pozanlar barədə ictimaiyyətə məlumat verilir:

“Müəyyən tələb pozuntuları var ki, hüquqi məsuliyyət yaradır. Hazırda texnologiya dövrüdür. İnternetdə elektron vasitələrin satışı həyata keçirilir və abituriyentlər əldə edirlər. Amma bu avadanlıqlarda aşkar olunur və hüquqi tədbirlər görülür. Onların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Iyul 2025