• Bakı 27° C

    0.43 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

İordaniya XİN: Yaxın Şərqdə müstəqil dövlətin yaradılması səylərini dəstəkləyirik
DÜNYA
02 Avqust 2025 | 16:47

İordaniya XİN: Yaxın Şərqdə müstəqil dövlətin yaradılması səylərini dəstəkləyirik

“Tərəfdaşlarımızla birlikdə Fələstin xaqlının azadlığı və Yaxın Şərqdə müstəqil dövlətin yaradılması istiqamətindəki səyləri dəstəkləyirik”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sufyan Qudah deyib.

O həm də bir sıra dövlətlərin bununla bağlı qərarını şərh edib: “Avstriya, Finlandiya, İslandiya, İrlandiya, Norveç, İspaniya, Portuqaliya, Fransa, Kanada, Lüksemburq, Sloveniya Malta, Yeni Zelandiya, San-Marino, Andorranın Fələstini müstəqil dövlət kimi tanıması Yaxın Şərq probleminin 4 iyun 1967-ci il sərhədləri daxilində, “iki dövlət” prinsipi əsasında həllinə beynəlxalq dəstəyin təzahürüdür”.


SON XƏBƏRLƏR