Kanada Kiyevə 440 milyon Kanada dolları (305,7 milyon dollar) dəyərində hərbi yardım göndərmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kanada müdafiə naziri Uilyam Bleyerin bəyanatında deyilir.
Bu vəsaitin 200 milyon Kanada dolları (təxminən 139 milyon dollar) Ukrayna ordusuna mərmi almaq üçün Çexiya təşəbbüsünə gedəcək. 50 milyon Kanada dolları (34,7 milyon dollar) isə Kiyevə artilleriya mərmiləri göndərəcək olan Kanada silah istehsalçılarına köçürüləcək.
Yerdə qalan vəsait isə digər məsələlərlə yanaşı, onlar üçün PUA və avadanlıqların alınmasına, həmçinin qış geyimlərinin alınmasına sərf olunacaq.