• Bakı 17° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Kurskda zabit mina təmizləyərkən partlayışda öldü
DÜNYA
21 Sentyabr 2024 | 23:45

Kurskda zabit mina təmizləyərkən partlayışda öldü

Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” mərkəzinin pirotexnika şöbəsinin rəisi Vyaçeslav Tsoffka Kursk vilayətində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Onun mina təmizləyərkən baş verən partlayışda öldüyü vurğulanıb.

Nazirlik bildirib ki, 46 yaşlı zabit Tsoffka dəfələrlə Rusiyada və ölkədən kənarda humanitar minatəmizləmə işlərində iştirak edib. O, 10 mindən çox partlayıcı və kina zərərsizləşdirib. “Şücaət” ordeni və digər dövlət mükafatları ilə təltif edilib.


SON XƏBƏRLƏR

21 Sentyabr 2024