• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Litva Azərbaycanın Aİ ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hazırdır
SİYASƏT
10 Yanvar 2025 | 17:27

Litva Azərbaycanın Aİ ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hazırdır

Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Azərbaycan-Litva əlaqələrinin tarixində hər iki ölkənin və xalqlarının bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını deyib.

O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğulayıb.


SON XƏBƏRLƏR