Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Kayzerslautern"in heyətində Almaniya II Bundesliqasında növbəti oyununa çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Torsten Liberknextin rəhbərlik etdiyi kollektiv “Elfsberq”in qonağı olub.
“Valdştadion Kayzerlinde”də təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Oyuna start heyətdə başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib.
3 turdan sonra 3 xalı olan “Kayzerslautern” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm ərzində meydana çıxıdğı 4 oyunda 1 qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.