• Bakı 23° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Oğuzda istirahət mərkəzinin işçiləri arasında dava düşdü
CƏMİYYƏT
22 Avqust 2025 | 23:37

Oğuzda istirahət mərkəzinin işçiləri arasında dava düşdü

 Oğuz rayonunun Xalxal kəndində "Forel" istirahət mərkəzinin işçiləri arasında mübahisə baş verib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı fəhlə Coşqun Məmmədov ofisiant Xəyalın bədəninə yumruq və təpiklə zərbələr endirib. Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisəni törədən Coşqunun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Xəyalı uzun müddət tanıyır və əvvəllər aralarında heç bir narazılıq olmayıb. Hadisə günü birlikdə işdən çıxaraq kafedə yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra təqsirləndirilən şəxs iş yerinə qayıdarkən aralarında mübahisə yaranıb və əsəbiləşərək zərərçəkənə bir neçə zərbə endirib.

Bu cinayət işinə Oğuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkənin təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb.

Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.


SON XƏBƏRLƏR

22 Avqust 2025