Rüsumların tətbiqi ilə bağlı hədələr bu kontekstdə qəbuledilməz və yolverilməzdir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb.
“Əgər bu (rüsum tətbiqi – red.) təsdiqlənərsə, avropalılar vahid və koordinasiyalı şəkildə reaksiya verəcəklər. Biz Avropa suverenliyinin qorunmasını təmin edəcəyik", - Makron vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Finlandiya və Niderlanda Qrenlandiyaya görə 1 fevraldan etibarən 10% tarif tətbiq ediləcəyini açıqlayıb.
Bakı 












