• Bakı 27° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

“Mən azərbaycanlıyam və böyük çayxoram” - Bakıdan paylaşım etdi
ŞOU
30 Iyul 2025 | 09:58

“Mən azərbaycanlıyam və böyük çayxoram” - Bakıdan paylaşım etdi

Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hacızadə Bakıya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Suada sosial media hesabında paylaşım edib.

“Salam. Mənim adım Suadadır. Mən azərbaycanlıyam və böyük çayxoram. Xüsusilə də Xəzər dənizi mənzərəsi ilə çay içməyi çox sevirəm”,- o, paylaşımda bildirib.

Qeyd edək ki, Suada 2021-ci ilin iyununda Van Dammın oğlu Kristoferlə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah masasına oturub. Cütlük hazırda ABŞ-də yaşayır.





SON XƏBƏRLƏR

30 Iyul 2025