Məşhur türkiyəli aktyor Engin Altan Düzyatan və Neslişah Alkoçlar evliliklərinin 12-ci ildönümünü qeyd ediblər.
Bakıvaxtı.az xəbər verir ki, şəxsi həyatlarını mümkün qədər ictimaiyyətdən uzaq tutmağa üstünlük verən cütlük, ildönümü münasibətilə birlikdə çəkilmiş fotoları izləyiciləri ilə bölüşüb.
Neslişah Alkoçlar sosial media hesabında həyat yoldaşı ilə fotolar paylaşaraq “12 il... Sözə ehtiyac yoxdur” şərhini yazıb.
Engin Altan Düzyatan isə öz hesabında aşağıdakı sözləri paylaşıb:
“Xoşbəxt anlarda zaman həmişə sürətlə keçir. Gözəl günlərin yeganə qüsuru zamanı uçub getməyə məcbur etməsidir. Sanki dünən olub, amma artıq 12 il keçdi. Daha neçə illərə birlikdə, birdənəm”.
Qeyd edək ki, 2014-cü ildə ailə həyatı quran cütlüyün Emir Aras və Alara adlı iki övladı var.












