• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Məşhur reper qəzaya düşdü
ŞOU
26 Noyabr 2026 | 00:30

Məşhur reper qəzaya düşdü

Amerikalı reper "2 Chainz" avtomobil qəzasında xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, əsl adı Tauhed Epps olan 48 yaşlı sənətçi hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, ABŞ-nin Atlanta şəhərində idarə etdiyi narıncı rəngli “Tesla Cybertruck” markalı avtomobilə qarşıdan gələn başqa bir maşın çırpılıb. Reperin sözlərinə görə, digər sürücü yolda gördüyü heyvanda yayınmağa çalışarkən onun avtomobilinə çırpılıb.

Qəza nəticəsində reperin qabırğaları sınıb. O, hazırda evdə istirahət etdiyini və səhhətinin yaxşı olduğunu bildirib.

"2 Chainz" paylaşımında hadisə zamanı spirtli içki və ya narkotik maddə qəbul etmədiyini, yuxulu olmadığını, həmçinin avtomobilin avtopilot rejimində hərəkət etmədiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, reper qəza zamanı avtomobilində olub. Hadisə noyabrın 22-də baş verib. Sənətçi bir neçə gün əvvəl də təxminən 200 min dollar dəyərində olduğu bildirilən avtomobilinin ciddi zədələnmiş görüntülərini paylaşmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026