• Bakı 28° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Məşhur restorana silahlı hücum: ölən və yaralananlar var
HADİSƏ
02 Avqust 2026 | 10:27

Məşhur restorana silahlı hücum: ölən və yaralananlar var

ABŞ-ın Aydaho ştatında restoranda baş verən silahlı hücum nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisədən sonra hücum edən şəxs özünə atəş açaraq həyatına son verib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, məlumata görə, hadisə yerli vaxtla günorta saatlarında Aydaho ştatının cənubunda yerləşən Twin Falls bölgəsindəki məşhur restoranlardan birində qeydə alınıb.

İlkin məlumata əsasən, yarı avtomatik tüfənglə restorana daxil olan şəxs ətrafdakılara atəş açmağa başlayıb. Nəticədə azı üç nəfər hadisə yerində həyatını itirib, iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə cəlb olunan polis əməkdaşlarının məlumatına görə, hücumdan sonra silahlı şəxs öz silahı ilə özünə atəş açaraq ölüb.

Hazırda hüquq-mühafizə orqanları hücumun motivini müəyyənləşdirmək üçün istintaq aparır. Rəsmilər hələlik hücumun səbəbi və hücum edən şəxsin kimliyi barədə əlavə məlumat açıqlamayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026