• Bakı 23° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Millimiz Gümüş Avropa Liqasında son matçına çıxacaq
İDMAN
21 Iyun 2025 | 09:22

Millimiz Gümüş Avropa Liqasında son matçına çıxacaq

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) yığmalarını üstələyib. Gümüş Avropa Liqasının III turu Farer adalarında təşkil olunub.


SON XƏBƏRLƏR