• Bakı 16° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Moskvada güclü partlayış: 2 ölü, 15 yaralı - VİDEO - YENİLƏNİB
DÜNYA
04 May 2025 | 23:16

Moskvada güclü partlayış: 2 ölü, 15 yaralı - VİDEO - YENİLƏNİB

Moskvanın cənub-qərbində yaşayış binasında baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hüquq-mühafizə orqanları ən az iki nəfərin öldüyünü açıqlayıb.

    ***

    22:41

    Moskvada yaşayış binasında baş vermiş partlayışda yaralananların sayı 15-ə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, güclü partlayış nəticəsində, mərtəbələr arasındakı hissəyə ciddi ziyan dəyib və girişin (binanın blokunun-red.) tamamilə uçmaq təhlükəsi var.

     

    ***22:40

    Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. 

    Bakıvaxtı.az xəbər verir ki, partlayış 8-ci və 9-cu mərtəbələr arasında uçquna səbəb olub. İlkin məlumata görə, 15 nəfər xəsarət alıb. Partlayışın qaz sızmasından baş verdiyi iddia edilir. 

    "Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinə General Tyulenev küçəsi, 39 ünvanında yanğınla bağlı məlumat daxil olub. Yanğından Mühafizə və xilasetmə bölmələri daxil olan zaman yanğının 9 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində baş verdiyi müəyyən edilib. Yanğınsöndürmə briqadaları yanğının mənbəyinin müəyyənləşdirilməsinə yönəlib, insanlara məlumat verilir", - deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

    Sakinlərin binada qapalı vəziyyətdə qaldığı qeyd edilib. 

     

     


    SON XƏBƏRLƏR

    04 May 2025