• Bakı 23° C

    12.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması qaydası dəyişir
SİYASƏT
21 Iyun 2025 | 12:15

Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması qaydası dəyişir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında çağıracaq.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə biləcək.

Qüvvədə olan Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR